Tunisdə fövqəladə vəziyyət elan olunub

Tunisdə fövqəladə vəziyyət elan olunub
# 04 iyul 2015 17:13 (UTC +04:00)

Bakı-APA. Tunis prezidenti Beci Kayid əs-Səbsi Sus şəhərində törədilən terror aktı ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı ölkə başçısının yaxın saatlarda müraciəti gözlənilir.

Xatırladaq ki, iyunun 26-da baş verən və 40 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti İSİD terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR