Siyəzəndə 8 yaşlı qızı avtomobil vurub

Siyəzəndə 8 yaşlı qızı avtomobil vurub
# 03 mart 2013 00:13 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Siyəzən rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 8 yaşlı Siyəzən şəhər sakini Baladadaşova İlahə Oqtay qızı musiqi məktəbinə gedərkən avtomobil tərəfindən vurulub. Yaralı Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Ona ağır kəllə-beyin travması, beyin əzilməsi diaqnozu qoyulub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR