Qardabani rayonunun azərbaycanlı sakininin evi yanıb

Qardabani rayonunun azərbaycanlı sakininin evi yanıb
# 08 mart 2013 17:06 (UTC +04:00)

Qardabani. Nizami Məmmədzadə - APA. Martın 8-də günorta radələrində azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Qaracalar kəndində yanğın hadisəsi baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Qaracalar kənd sakini Tofiq Əhmədovun 4 otaqlı evi tamam yanıb. Hadisə yerinə Tiflis və Rustavi şəhərlərindən yanğınsöndürən maşınlar cəlb edilib.

Hadisə yerinə polis və ekspertlər də gəlib. Ekspertlərin dediyinə görə, hadisəyə səbəb elektrik xəttində qısaqapanma olub. Evdəki əşyalar tamam yansa da, xəsarət alan olmayıb.

T. Əhmədov APA-ya bildirib ki, hadisə baş verən kimi Rustavi yanğınsöndürmə idarəsinə zəng olunsa da, yanğınsöndürənlər hadisə yerinə çox gec gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR