Türkiyənin Gəncədəki baş konsulu: “Türkiyədə baş verənlər terrorudur”

Türkiyənin Gəncədəki baş konsulu: “Türkiyədə baş verənlər terrorudur”
# 16 iyul 2016 21:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. “Türkiyədə baş verən hadisələri təşkil edən daxili və xarici qüvvələr cəzalarını alacaqlar”.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu fikri Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, Türkiyədə hökuməti devirməyə çalışan qüvvələr Amerikada yaşayan Fətullah Gülən tərəfindən idarə olunur.

“Bir neçə dəfə Türkiyədə ordu hökuməti devirməyə çalışıb. O zaman xalq müqavimət göstərməmişdi. Amma 15 iyul hadisələrində insanlar küçələrə çıxıb əsgərlərin qarşısını kəsdi”, deyə diplomat bildirib.

Orhan İşık, başda prezident İlham Əliyev olmaqla, qardaş Azərbaycan xalqının baş verənlərə görə narahatlığını ifadə etməsinin Türkiyəyə güc verdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR