Pərviz Həşimlinin kassasiya şikayəti təmin edilməyib

Pərviz Həşimlinin kassasiya şikayəti təmin edilməyib
# 12 noyabr 2014 09:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə “Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.


APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, kassasiya şikayəti təmin edilməyib. İş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı çıxış edən vəkillər məhkəmənin istintaqla keçirilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan isə kassasiya şikayəti verilib.

P.Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR