Türkiyənin İzmit şəhərində İlham Əliyev Parkının təməli qoyulub

Türkiyənin İzmit şəhərində İlham Əliyev Parkının təməli qoyulub
# 23 aprel 2015 14:31 (UTC +04:00)

APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, aprelin 22-də parkın təməlqoyma mərasimi keçirilib.

Parkın salınması Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) layihəsi əsasında İzmit bələdiyyəsi tərəfindən reallaşdırılır. Parkın ərazisində Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslərin, ictimaiyyətin görkəmli nümayəndələrinin, elm və sənət adamlarının, mədəniyyət xadimlərinin, QHT rəhbərlərinin, KİV təmsilçilərinin və məktəblilərin iştirakı ilə ağaclar əkilib.

Parkın salınmasında məqsəd İ. Əliyevə insanların məhəbbətini əks etməkdir.

Geniş sahəni əhatə edən parkda idman, əyləncə, səhiyyə, insanların rahat istirahəti üçün müxtəlif guşələr yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR