Azərbaycan çaylarındakı vəziyyət açıqlanıb

Azərbaycan çaylarındakı vəziyyət açıqlanıb
# 15 iyul 2016 11:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublika çaylarındakı vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-60 faizini təşkil edir. İyulun 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 235 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 88 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla, ongünlük normanın 118 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 11 m3/s təşkil edərək ongünlük normanın 10 faizinə bərabər olub. İyulun 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Salyan məntəqəsində 8 sm artım, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 19 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 350 sm (2015-ci il iyulun 15-də 331 sm), Salyanda 118 sm (2015-ci il iyulun 15-də 100 sm), Bankədə 179 sm (2015-ci il iyulun 15-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 51 sm (2015-ci il iyulun 15-də 45 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR