Şirkət rəhbərini və anasını qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib

Şirkət rəhbərini və anasını qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib
# 05 iyul 2016 10:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, iclasda hökm oxunub. Məhkəmənin hökmünə əsasən, R. Allahverdiyev azadlıqdan ömürlük məhrum edilib.

Qeyd edək ki, Bakının Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhin Allahverdiyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Ruhin Allahverdiyev hadisəni baş verən evdə ustalıq edirmiş.

Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri, business-dialogue.az saytının təsisçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR