Azərbaycanda 18 yaşına qədər olan əlil uşaqlar da parolimpiya oyunlarına qatılacaq

Azərbaycanda 18 yaşına qədər olan əlil uşaqlar da parolimpiya oyunlarına qatılacaq
# 25 yanvar 2013 12:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda 18 yaşına qədər olan xəstə uşaqlar da parolimpiya oyunlarına qatılacaq və bu, dövlət tərəfindən rəsmən himayəyə götürüləcək.

Milli Məclisin Sosial siyasət komitəsindən APA-ya verilən məlumata görə, bununla bağlı yeni qanunun hazırlanması, eyni zamanda “Parolimpiya haqqında” əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Məqsəd xəstə və fiziki qüsuru olan uşaqların beynəlxalq paraolimpiada oyunlarında iştirak etməsinə dövlət dəstəyinin göstərilməsini tənzimləməkdir. Qeyd olunan qanunvericilik tənzimləndikdən sonra 18 yaşdan yuxarı əlilliyi və xəstəliyi olan vətəndaşlar kimi, 18 yaşa qədər eyni vəziyyətdə olan uşaqlar da eyni qaydada beynəlxalq paraolimpiada oyunlarında iştirak edəcəklər.

Sənəd bu il Milli Məclisdə müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR