Jurnalistika fakültələrinin magistratura pilləsində təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlanır

Jurnalistika fakültələrinin magistratura pilləsində təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlanır
# 16 mart 2015 11:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Jurnalistika fakültələrinin magistr pilləsində təhsil almaq istəyən və 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayan bakalavrların qeydiyyatı 2015-ci il martın 19-dan 29-dək aparılacaq.

Şuranın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Mətbuat Şurası jurnalistika üzrə magistraturaya qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində da iştirak edəcək ekspertlərin siyahısını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edəcək.

Bunun üçün onlar TQDK-nın internet saytında müvafiq səhifədə (http://eservices.tqdk.gov.az/erizemag/) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmalıdırlar.

Məsələ ilə bağlı prosedur qaydalar və proqramlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi orqanı olan “Magistr” jurnalının 2015-ci ildə çapdan çıxmış 3-cü sayında dərc edilib.

Qeyd edək ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq magistr pilləsindəki təhsillərini jurnalistika ixtisası üzrə davam etdirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR