İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyətinə həsr olunmuş sərgi açılıb - FOTOSESSİYA

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyətinə həsr olunmuş sərgi açılıb  - <span style="color: red;">FOTOSESSİYA
# 03 oktyabr 2015 11:21 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, xalq rəssamı Ömər Eldarov, Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam və başqaları iştirak edib.

Təhsil naziri M. Cabbarov bildirib ki, İçərişəhərin və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi olan “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ildən etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir.

Nazir mərkəzin ötən illər ərzində uğurlu fəaliyyətindən, milli tətbiqi-dekorativ incəsənət sahələrinin inkişafına verdiyi töhfədən danışıb.

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev bildirib ki, Təhsil Nazirliyinin və Rəssamlıq Akademiyasının birgə layihəsi çərçivəsində mərkəzdə təhsil müəssisəsinin tələbələri təcrübə keçəcəklər.

Mərasimdə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin ilk məzunlarına diplomlar təqdim olunub.

Qeyd edək ki, sərgi oktyabrın 17-dək davam edəcək. Giriş sərbəstdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR