Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 64 m² olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları və əşyaları 44 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.