Bakının ən böyük prospektlərindən birində yeni piyada keçidi tikilir - FOTO

Bakının ən böyük prospektlərindən birində yeni piyada keçidi tikilir - <span style="color: red;">FOTO
# 17 dekabr 2014 09:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Nobel prospektinin Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi qrafikə uyğun davam etdirilir.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Məlumata görə, dörd giriş-çıxışı olacaq piyada keçidinin çıxışlarından biri "Ağ Şəhər-ə, digəri Azərbaycan Boks Federasiyasına, qalan ikisi isə Dənizkənarı Milli Park istiqamətində olacaq.

“Keçiddə hər tərəfində 2-si olmaqla, 8 eskalator quraşdırılacaq. Yeraltı piyada keçidinin uzunluğu 280 metr, eni 8 metr, hündürlüyü isə 3,2 metr nəzərdə tutulub. Keçidin Boks Federasiyasına olan çıxışı bəzək işləri istisna olmaqla hazırdır. Dənizkənarı Milli Park istiqamətində isə 50% işlər görülüb. Hazırda zavod şəraitində əvvəlcədən gərginləşdirilmiş tirlər tikinti meydançasına gətirilərək quraşdırılır. Paralel olaraq monolit dəmir-beton, izolyasiya və sair işlər davam etdirilir”, - deyə P. Mürsəliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR