Dövlət Komissiyası cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işi aparıb

Dövlət Komissiyası cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işi aparıb
# 15 iyul 2016 16:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə 11 və 17 saylı cəzaçəkmə müəssisəsində təbliğat və maarifləndirmə xarakterli tədbir keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, tədbirlərdə Dövlət Komissiyası İşçi Qrupunun və Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verib.

O cümlədən, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış yaddaş kitabçası, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri tədbir çərçivəsində iştirakçılara paylanılıb, o cümlədən xidməti istifadə üçün maarifləndirici materialların diskə daxil edilmiş elektron variantda müəssisə rəhbərliklərinə təqdim edilib.

Sonda bu mövzuda olan “Bəla” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın videosu nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR