Elman Mehdiyev: “DSMF-nin qeyri-büdcə üzrə gəlirlərinin artımı növbəti ilin büdcə layihəsində xüsusilə hədəfə alınıb”

Elman Mehdiyev: “DSMF-nin qeyri-büdcə üzrə gəlirlərinin artımı növbəti ilin büdcə layihəsində xüsusilə hədəfə alınıb”
# 22 oktyabr 2014 10:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) qeyri-büdcə üzrə gəlirlərinin artımı növbəti ilin büdcə layihəsində xüsusilə hədəfə alınıb. Bu hesaba ümumi gəlirlərin daxilində qeyri-büdcə daxilolmalarının əhəmiyyətli şəkildə artımı nəzərdə tutulub.

APA-Economics”in məlumatına görə, bunu DSMF-nin rəhbəri Elman Mehdiyev deyib.


O bildirib ki, fondun büdcəsi icmal büdcənin tərkib hissəsidir. İcmal büdcə zərfində fondun 2015-ci il üzrə büdcə layihəsi də müvafiq qaydada hazırlanaraq hökumətə təqdim olunub: “Növbəti il üzrə fondun büdcə layihəsi hazırlanarkən əsas inkişaf göstəriciləri, eləcə də növbəti il üzrə ölkədə orta aylıq əmək haqqının artım göstəriciləri nəzərə alınıb”.

Pensiyaların artırılması ilə bağlı E. Mehdiyev qeyd edib ki, növbəti ilin yanvar ayında inflyasiya göstəriciləri bəlli olduqdan sonra pensiya məbləğlərinin sığorta hissəsinin və fərdi hesablarda mövcud olan sığorta pensiya kapitallarının indeksləşdirilməsi üçün tələb olunan vəsaitlər fondun növbəti il üçün büdcə layihəsində nəzərə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR