Tehranda yaşayan ermənilər qondarma erməni soyqırımının ildönümünə hazırlaşır

Tehranda yaşayan ermənilər qondarma erməni soyqırımının ildönümünə hazırlaşır
# 06 aprel 2013 18:02 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın paytaxtı Tehran şəhərində yaşayan ermənilər qondarma erməni soyqırımının ildönümü ilə bağlı aksiya keçirməyə hazırlaşır. APA-nın “Oyannews” saytına istinadən verdiyi məlumata görə, aksiyaya çağırış məqsədi ilə əhali arasında bildirişlər paylanılır, mərkəzi küçələrin divarlarına plakatlar yapışdırılıb. Plakatların üzərində təxribat xarakterli yazılar olub: “24 aprel 1915-ci il, ölüm olsun faşist Türkiyə dövlətinə!”.

Saytın yazdığına görə, hər il olduğu kimi ötən il də bir qrup erməni Tehranda qondarma erməni soyqırımı ilə bağlı aksiya keçirib. Polisin mühafizəsi ilə keçirilən piketdə “Ölüm olsun türkə, ölüm olsun Türkiyəyə, ölüm olsun Azərbaycana!”, “Qərbi Ermənistan azad olmalıdır!” kimi şüarlar səsləndirilib.

Buna etiraz edən bir qrup azərbaycanlı fəal aksiyanın keçirilməsinə mane olmağa çalışıb. Nəticədə tərəflər arasında insident yaşanıb, hətta azərbaycanlılardan bir neçəsi ermənilər tərəfindən bıçaqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR