Toni Adams: “Qəbələ” üçün yaxşı olan nə varsa, bacardığımı əsirgəməmişəm”

Toni Adams: “Qəbələ” üçün yaxşı olan nə varsa, bacardığımı əsirgəməmişəm”
# 25 aprel 2013 09:53 (UTC +04:00)

Bakı – APA. “Stenli Brard çoxlu nailiyyət qazanmış məşqçidir. Biz onun Hollandiyada “Feyenoord” Akademiyasında gördüyü işdən razıyıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” klubunda müşavir vəzifəsində çalışan Toni Adams deyib.


Adams iyundan “Qəbələ” Akademiyasının direktoru kimi fəaliyyətə başlayacaq Stenli Brardın nailiyyətlərindən danışıb.

“Arsenal”ın canlı əfsanəsi Brardı 2005-ci ildən - “Feyenoord”da gənclər üzrə məşqçi işlədiyi vaxtdan tanıdığını bildirib: “Onun vaxtında çempionatda yaxşı nəticələr qazanılıb. Bizim üçün fərəhli haldır ki, Stenlini qazana bildik. “Feyenoord” Akademiyasını 9 ildən çox müddətdə yüksəklərə ucaldıb. Hazırda “Feyenoord”un əsas komandasında akademiyadan çıxmış çoxlu oyunçu var”.

Adams müşavir kimi işindən və yenidən məşqçiliyə başlamaq istəyindən dəm vurub: “Mənim qarşımda qoyulan şeylərin çoxunu yerinə yetirə bilirəm və “Qəbələ” üçün yaxşı olan nə varsa, bacardığımı əsirgəməmişəm. Ancaq mən məşqçilik həyatına üstünlük verirəm. Çəkmələrimi yenidən geyinib özümü bu işdə sınamaq, kömək etmək, bu oyunda öyrəndiklərimi kimlərəsə ötürmək daha yaxşı olardı. Mən ofisdə bir neçə saat qala bilərəm. Sonra ordan çıxmalı və nəsə etməliyəm. Çünki mən bayırda çox olan insanam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR