Bərdədə valideyn məktəbdə ürək tutmasından vəfat edib

Bərdədə valideyn məktəbdə ürək tutmasından vəfat edib
# 31 yanvar 2013 09:14 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu-APA. Bərdədə Nizami Gəncəvi adına 2 saylı beynəlmiləl orta məktəbdə ölüm hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında məktəbə gələn Bərdə şəhər sakini, 1966-cı il təvəllüdlü Tünzalə Məmmədova ürək tutmasından dünyasını dəyişib.

T. Məmmədovanın məktəbə övladının dərsləri ilə maraqlanmaq məqsədilə gəldiyi bildirilir. Onun hansı şəraitdə vəfat etdiyi haqda məlumat verilmir. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR