«Pasha Bank»ın aktivləri ötən il 30% artıb

«Pasha Bank»ın aktivləri ötən il 30% artıb
# 04 fevral 2013 14:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Pasha Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 742,143 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30,1% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14,5% artaraq 280,892 mln. manata, depozit portfeli isə 23,1% artaraq 456,777 mln. manata çatıb.


Ötən il ərzində bankın məcmu kapitalı 24,5% artaraq 178,082 mln. manat, o cümlədən nizamnamə kapitalı 27,1% artaraq 157,0 mln. manat təşkil edib.


Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 5 777-yə bərabər olub ki, bu da illik müqayisədə 3,2 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR