Gəncədə “Xəzər Lada” ASC-dən oğurluq edilib

Gəncədə “Xəzər Lada” ASC-dən oğurluq edilib
# 27 sentyabr 2014 13:10 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə oğurluq hadisəsi baş verib.

Şəhərin Nizami rayon Polis İdarəsindən APA - nın qərb bürosuna verilən məlumata görə, “Xəzər Lada” ASC-nin Yeni Gəncə filialının müdiri İman Məmmədov 102 xidmətinə, daha sonra isə idarəyə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər “Xəzər Lada” ASC-yə məxsus obyektin arxa pəncərəsindən içəriyə daxil olaraq oradan təkərlərin nizamlanması, habelə avto yumada istifadə edilən avadanlıqları oğurlayıblar.

Oğurluq edənlərin axtarılıb-tapılması istiqamətində Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR