“DəmirBank” “Yığım əmanəti” üzrə kampaniya keçirir

“DəmirBank” “Yığım əmanəti” üzrə kampaniya keçirir
# 02 dekabr 2014 12:56 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Yığım əmanəti” “DəmirBank”ın “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən əmanət növündən (“Göy”, “Sarı”, “Qırmızı”, “Uşaq”, “Yığım”) biridir. Bu əmanət növü insanlara həm öz, həm də uşaqlarının gələcək maliyyə durumlarını sığortalamağa, vəsaitlərinin təhlükəsizliyini təmin etməyə və yığımla yanaşı faiz gəliri əldə etməyə yardımçı olur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, istənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı aça bilər. Maksimum 20 il müddətə açılan “Yığım” əmanətini manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Əmanət məbləği 10 min manat və ya dolları keçməməlidir, keçdiyi təqdirdə müştərinin istəyi əsasında yığılmış məbləğ “DəmirBank”ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər. Bununla yanaşı, “Yığım” əmanətinin, istənilən zaman əmanət məbləğini artırmaq, sığortalamaq, eyni zamanda cəriməsiz tam və ya qismən çıxarmaq kimi üstünlükləri var.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR