Dünyada hər ay 2 min nəfər minanın qurbanı olur  

Dünyada hər ay 2 min nəfər minanın qurbanı olur  
# 10 aprel 2015 10:38 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Minalar və müharibənin digər partlamamış qalıqları (MPQ) hər ay dünyada 2000-ə yaxın insanın ölümünə və yaralanmasına səbəb olur.

APA-nın ANAMA-nın saytına istinadən verdiyi məlumata görə, münaqişə və döyüşlərdən atılıb qalmış, uzun illər təhlükə yaradan MPQ və minaların qurbanları əsasən mülki şəxslər olur.

Azərbaycanda isə mina və MPQ problemi əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsidir.

Qeyd olunub ki, ANAMA fəaliyyətinin nəticəsi olaraq, bu günə kimi 283 053 372 m2 ərazi təmizlənib və 689 960 mina və MPQ zərərsizləşdirilib. Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) fəaliyyəti çərçivəsində 24 rayonun 1200 məktəbinin 3 635 müəlliminə 181 MTM təlimləri keçirilib, proqram üzrə dərslərin tədrisi təmin edilib, 10 rayonun 158 kəndində “MTM üzrə komitə”lər yaradılıb, proqram çərçivəsində 99 000 dərslik, 6 400 müəllim vəsaiti və 14 000-dən çox təlim plakatı paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR