Azərbaycan-Fransa Hökumətlərarası Komissiyasının növbəti iclası iyunda keçiriləcək

Azərbaycan-Fransa Hökumətlərarası Komissiyasının növbəti iclası iyunda keçiriləcək
# 12 mart 2013 09:07 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA-Economics. İqtisadi-ticarət əməkdaşlığı üzrə Azərbaycan-Fransa Hökumətlərarası Komissiyasının növbəti iclası iyunun sonunda Bakıda keçiriləcək.

APA-Economics”in xəbərinə görə, iclasda iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinin perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan-Fransa Hökumətlərarası Komissiyasının sonuncu iclası 2011-ci ilin sentyabrında Parisdə keçirilib. İclasa Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət üzrə dövlət katibi Pyer Leluş sədrlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR