Qubada 8 yaşlı uşaq çayda batıb - VİDEO

Qubada 8 yaşlı uşaq çayda batıb - <span style="color: red;">VİDEO
# 20 sentyabr 2014 08:00 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Ötən gün Quba rayonunda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini 2006-cı il təvəllüdlü Fərid Elxan oğlu Qədirov Qudyalçayın rayon ərazisindən keçən hissəsində batıb.

Bu gün səhər saatlarında F. Qədirovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR