Kürdəmirdə üç nəfər bıçaqlanıb

Kürdəmirdə üç nəfər bıçaqlanıb
# 13 aprel 2013 11:07 (UTC +04:00)

Hadisə şahidlərinin APA-ya verdikləri məlumata görə, hadisə rayonun Sovla kəndində qeydə alınıb.

Rayon sakini Sadıq Kamal oğlu Mikayılov Sovla kənd sakinləri - 1960-cı il təvəllüdlü Rafiq Seyidov, 1970-ci il təvəllüdlü Nazim Süleymanov və 1961-ci il təvəllüdlü Baxrəddin Fərzəliyevə bıçaqla xəsarət yetirib.

Xəsarət alan hər üç şəxs Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Kürdəmir Rayon Polis Şöbəsindən isə APA-ya bildirilib ki, rayon sakini Sadıq Kamal oğlu Mikayılov Sovla kənd sakinləri Rafiq Seyidov, Nazim Süleymanov və Baxrəddin Fərzəliyevə küt alətlə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR