ETSN: Lənkəran-Lerik yolundakı sürüşmənin qarşısını almaq üçün 2 il öncə verilən təkliflər icra olunmayıb

ETSN: Lənkəran-Lerik yolundakı sürüşmənin qarşısını almaq üçün 2 il öncə verilən təkliflər icra olunmayıb
# 27 mart 2013 13:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda Lənkəran-Lerik yolunun 17-18-ci km-də aktiv sürüşmə prosesi var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirib ki, həmin ərazidə mövcud olan sürüşmənin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir: “Lənkəran-Lerik yolunun 17-18-ci km-də olan ərazi köhnə sürüşmə sahəsidir. Bu ərazidə sürüşmənin qarşısını almaq üçün hələ 2 il öncə təkliflər verilsə də, icra olunmayıb. Orada alternativ yolun çəkilişi təklif olunsa da, iki ildir həyata keçirilməyib. Həmin ərazidə tökülən süxurları götürməklə yamacı daha dayanıqlı edirlər. Bu isə gələcəkdə sürüşmənin daha da aktivləşməsinə gətirib çıxaracaq”.

B.Qaralov qeyd edib ki, digər sürüşmə sahələrində vəziyyət nisbətən stabildir. Onun sözlərinə görə, Muğanlı-İsmayıllı yolunda vəziyyət stabildir, heç bir dəyişiklik olmayıb. Eyni zamanda Badamdar, Bayıl yamacı, Əhmədli qəsəbələrindəki sürüşmə sahələrində aktivləşmə müşahidə edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR