Dmitri Peskov: “Bəzi Qərb liderlərinin Qələbə paradında iştirakdan imtinası bayram tədbirinin miqyasına təsir etmir”

Dmitri Peskov: “Bəzi Qərb liderlərinin Qələbə paradında iştirakdan imtinası bayram tədbirinin miqyasına təsir etmir”
# 11 mart 2015 14:50 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Qərb dövlətlərinin bir neçə liderinin Qələbə paradında iştirakdan imtinası bayram tədbirinin miqyasına təsir etmir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, bu addımlar bayramın ruhuna və miqyasına təsir göstərmir.

Almaniya kansleri Angela Merkelin Qələbə paradında iştirakdan imtina etməsini şərh edən Kreml nümayəndəsi bildirib ki, Qələbə paradına buna aidiyyəti olanlar dəvət olunub: “Dəvətin qəbul olunub-olunmamasına gəldikdə isə, bu, artıq dəvəti alanların qərarıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR