SOCAR dizel və təyyarə yanacağı ixracını kəskin artırıb

SOCAR dizel və təyyarə yanacağı ixracını kəskin artırıb
# 01 iyun 2015 15:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin may atında həyata keçirdiyi neft məhsullarının ixrac həcmini açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi may ayında 93 491 ton dizel yanacağı ixrac edib. Bu, ötən ilin may ayı ilə müqayisədə 97,5% çoxdur.

Ötən ay 15 863 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,09 dəfə çoxdur.

Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində 480 632 ton dizel yanacağı ixrac edilib ki, bu da 2014-cü ilin may ayına nisbətdə 61,6% çoxdur.

Bu ilin beş ayında 2,4 dəfə və ya 103 509 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.

Bu ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün)-669,34 dollar, təyyarə yanacağının - 596,71 dollar, dizel yanacağının - 593,68 dollar, 1% kükürdlü mazutun qiyməti 346,79 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR