Vaşinqtondakı Mərkəzi Asiya-Qafqaz İnstitutunda Azərbaycan millət vəkilləri ilə görüş keçirilib - FOTO

Vaşinqtondakı Mərkəzi Asiya-Qafqaz İnstitutunda Azərbaycan millət vəkilləri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 15 mart 2013 06:54 (UTC +04:00)

Bakı – APA. Vaşinqtonda səfərdə olan Azərbaycan Milli Məclisinin üzvləri Səməd Seyidov, Sevinc Fətəliyeva, Asim Mollazadə və Sahibə Qafarova martın 14-də Con Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya – Qafqaz İnstitutu tərəfindən təşkil olunmuş görüşdə iştirak ediblər. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Mərkəzi Asiya – Qafqaz İnstitutunun rəhbəri Frederik Starın moderatorluq etdiyi görüşə ABŞ Dövlət Departamentinin, yerli diplomatik korpus və araşdırma mərkəzlərinin nümayəndələri və eyni zamanda Con Hopkins Universitetinin tələbələri qatılıblar.

Azərbaycan nümayəndə heyətinin üzvləri iştirakçılar qarşısında çıxış edərək ABŞ-Azərbaycan münasibətlərinin inkişafı, regionda cərəyan edən hadisələr, Azərbaycanda həyata keçirilən islahatlar və eləcə də Azərbaycan cəmiyyətinin üzləşdiyi problemlər barədə fikirlərini bölüşüblər. Millət vəkilləri ayrıca olaraq Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ-dan gözlədiyi addımlar haqqında da danışaraq Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasının yaradacağı imkanları qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR