Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında iki nəfər xəsarət alıb
# 27 yanvar 2013 20:55 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Famil Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Nazim Natiq oğlu Rəhimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Ələt istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək, yolun kənarındakı daşa çırpılmaqla aşıb. Nəticədə sürücu və yanındakı sərnişin, Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Müşviq Elşad oğlu Rzayev müxtəli dərəcəli agır bədən xəsarətləri ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlkin versiyaya görə, qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.

Faktla bağlı Lənkəran RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR