Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Sofiya Universitetində monitorinq aparıb - FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Sofiya Universitetində monitorinq aparıb - <span style="color: red;">FOTO
# 17 aprel 2015 13:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bağlı monitorinq aparılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) APA-ya verilən məlumata görə, universitetdə monitorinqin aparılması üçün BBMM tərəfindən Fəlsəfə və Hüquq İnstitutunda Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri İsaxan Vəliyev ezam olunub.

Monitorinq zamanı İsaxan Vəliyev Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə təhsil alan tələbələrə “Azərbaycanın multikulturalizm modeli: konstitusion-hüquqi əsasları” adlı mühazirə oxuyub.

Monitorinq çərçivəsində “Alma master” elmi təhqiqat humanitar kompleksinin direktoru dosent Kostadin Qrozev, Sofiya Universitetinin Klassik və yeni filologiyaları fakültəsinin dekanı professor Tsvetan Teofanov və Sofiya Universitetinin Tarix fakültəsinin dekan muavini dosent Todor Popnedelev ilə görüşlər keçirilib.

Qeyd edək ki, “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənn bir sıra yerli və xarici universitetlərdə tədris olunur.

Dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR