“Exspressbank”ın aktivlərinin həcmi 2017-ci il aprelin 1-nə 354,706 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,05% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 10,35,% artaraq 189,751 mln. manat olub.
“Exspressbank”ın depozit portfeli hesabat dövrünün sonuna 86,14% artaraq 182,168 mln. manata çatıb. Cəmi öhdəliklərin həcmi isə 44,23% artaraq 212,022 mln. manata bərabər olub.
Bankın məcmu kapitalı 0,13% artaraq 141 mln. manat olub. Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 137,257 mln. manat təşkil edib.
Bu ilin I rübündə bankın cəmi gəlirləri 15,731 mln. manat, cəmi xərcləri isə 5,829 mln. manat təşkil edib.
Qeyd edək ki, bank bu ilin I rübünü 828 min manat xalis mənfəətlə başa vurub.