www.virtualkarabakh.az portalı türk və fransız dillərində fəaliyyətə başlayıb - FOTO

www.virtualkarabakh.az portalı türk və fransız dillərində fəaliyyətə başlayıb - <span style="color: red;">FOTO
# 27 aprel 2015 12:35 (UTC +04:00)

Bakı-APA. “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Azərbaycan, ingilis, rus dillərində olan rəsmi portalı www.virtualkarabakh.az internet səhifəsinin türk və fransız dillərində olan yeni versiyaları fəaliyyətə başlayıb.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzindən APA-ya verilən məlumata görə, mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd edib ki, bu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, xarici oxucu auditoriyasının genişlənməsi üçün yeni imkanlar açır.

Portalın məqsədi Qarabağ həqiqətlərinin İnternet məkanında tanıdılmasına xidmət etməkdir. Portalda Qarabağın tarixi, mədəniyyəti, musiqisi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyi ilə bağlı, Qədim Azərbaycan torpağı olan İrəvan haqqında yazılar, araşdırmalar, xəbərlər və digər yazılar öz əksini tapıb. Portalda gənclər üçün virtual oyunlar, müsabiqə, elektron kitabxana, Qarabağa virtual səyahət, Qarabağ haqqında interaktiv xəritə, musiqi, “İzimiz” adlı foto və video qalereya, “Hər şey Qarabağ üçün” virtual kampaniaya bölmələri də fəaliyyət göstərir. www.virtualkarabakh.az internet səhifəsi eyni zamanda org, com, net, info, co.uk kimi domen adları altında da fəaliyyət göstərir.

Xatırladırıq ki, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR