Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının iclası keçirilir

Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının iclası keçirilir
# 05 noyabr 2015 15:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə İdarə Heyətinin üzvləri gənclər və idman naziri Azad Rəhimovla görüşüblər.

A.Rəhimov ilk növbədə ölkədə mövcud olan gənclər siyasəti, Azərbaycan Gəncliyi Dövlət Proqramı, 300-dən artıq Gənclər Təşkilatlarının fəaliyyəti, nazirliyin təşkilatlara göstərdiyi dəstək barədə məlumat verib.

Bildirilib ki, hazırda İttifaqa 32 ölkədən üzv təşkilat daxildi.

İttifaqın gördüyü işlər haqda məlumat verən qonaqlar, 2012-2015-ci illərdə İttifaqın 25-dən (Gənc şairələrin beynəlxalq forumu, ”Bərabər iştirak üçün birgə qatıl” adlı beynəlxalq seminar, Gənc sahibkarlar forumu, “Böyük İpək Yolu” gənclər düşərgəsi və s.) artıq beynəlxalq və yerli səviyyəli tədbirlər keçirdiyini və bir sıra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurduqlarını diqqətə çatdırıblar.

Qeyd edək ki, iclasda Azərbaycan, Misir, Macarıstan, Qazaxıstan, Çin, Hindistan, Mərakeş, Türkiyə, Yunanıstan, Gürcüstan və ümumilikdə 13 ölkənin İdarə Heyətinin üzvləri iştirak edir. İclas noyabrın 7-də yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR