Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
# 28 fevral 2013 07:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının (2011-2020-ci illər) tədbirlər planının icra vəziyyətinin qiymətləndirilməsinə dair geniş tərkibdə kollegiya iclası keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda Komitə sədri Rüfət Aslanlı Dövlət Proqramının qiymətli kağızlar bazarının keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında əhəmiyyət rol oynadığını qeyd edərək onun müasirləşən Azərbaycanda müvafiq sahədə yeni institusional mühitin formalaşdırılmasına hədəfləndiyini qeyd edib.

Daha sonra Dövlət Proqramının 2012-ci il üzrə tədbirlər planının icra statusuna dair hesabat dinlənilib.

Sonda R.Aslanlı Dövlət Proqramı çərçivəsində 2012-ci il ərzində həyata keçirilmiş tədbirləri yüksək qiymətləndirərək, Proqramın 2013-2014-cü illər üzrə səmərəli icrasını təmin etmək məqsədilə qiymətli kağızlar bazarında tələb və təklifin stimullaşdırılması, infrastrukturun təkmilləşdirilməsi, həmçinin qiymətli kağızlar bazarında məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR