Berti Foqts: “Azərbaycanda işimin gərginliyi azalmır”

Berti Foqts: “Azərbaycanda işimin gərginliyi azalmır”
# 19 mart 2013 11:54 (UTC +04:00)

Bakı – APA. “Artıq 5 ildir Azərbaycandayam. Lakin işimizin gərginliyi azalmır. Mən hiss edirəm ki, inkişaf çox yavaş gedir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts deyib.

Almaniya mətbuatına müsahibə verən 67 yaşlı mütəxəssis daha çox vaxtilə şərəfini qoruduğu, sonradan baş məşqçisi olduğu Bundestimdən danışıb. Almaniya futbolunun durumundan geniş danışan Foqts Azərbaycandakı işindən də bəhs edib. Futbolumuzun inkişaf tempindən narazı olan mütəxəssis klubların ona dəstək verməməyindən yenə şikayətlənir: “Əvvəl yığma dünya reytinqində az qala 160-cı idi. İndi isə 116-cı yerədək yüksəlib. Klub məşqçilərinin dəstəyi olmasa, işimiz çətin olacaq. Azərbaycanlı futbolçular daha çox məşq etməlidir. Almaniyalılar gündə 2 dəfə məşq edir, azərbaycanlılar isə 1 dəfə. Buna görə də bizim işimiz daha çoxdur. Dünyanın 50-ci yığması ilə müqayisədə biz daha çox çalışmaq məcburiyyətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR