Şirvan şəhərində sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Şirvan şəhərində sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 23 aprel 2013 11:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şirvan şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.


SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Şirvan şəhəri üzrə sahibkarlıq subyektlərindən kiçik və orta həcmli istixana və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.


Bu gündən etibarən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər. Əlaqə telefonu: (+994 12) 434-74-29.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR