Azərbaycanda Novruz bayramınadək bütün təqaüdçülər mart ayının pensiyasını alacaq - VİDEO

Azərbaycanda Novruz bayramınadək bütün təqaüdçülər mart ayının pensiyasını alacaq - <span style="color: red;">VİDEO
# 26 fevral 2015 08:08 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

DSMF sədri bildirib ki, yanvar-fevral aylarında pensiyaların maliyyələşdirilməsi prosesi qrafikdən əvvəl yekunlaşıb. “Qarşımızda duran məsələ Novruz bayramına qədər pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsidir ki, biz buna da nail olacağıq”, -deyə E.Mehdiyev vurğulayıb.

DSMF sədri əlavə edib ki, neftin qiymətinin dəyişməsi ilə əlaqədar iqtisadiyyatda baş verən dəyişikliklər fonunda maliyyə dayanıqlığı məsələsində istər 2014-cü ildə, istərsə də cari ildə DSMF-nin maliyyə göstəriciləri kifayət qədər uğurla ifadə olunur: “Hətta 2014-cü ili əhəmiyyətli profisit məbləğ ilə başa vurmuşuq ki, bu cari ildə də maliyyələşməni vaxtında aparmağa imkan verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR