Milli Preventiv Qrupun üzvləri cəzaçəkmə müəssisələrinə baş çəkiblər

Milli Preventiv Qrupun üzvləri cəzaçəkmə müəssisələrinə baş çəkiblər
# 05 may 2015 07:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2, 11 və 17 saylı cəzaçəkmə müəssisələrinə (CM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib. Başçəkmələr zamanı MPQ üzvləri tərəfindən həmin müəssisələrdə 60-dan çox məhkum fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb və müraciətləri yerində araşdırılıb. Məhkumlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, onların qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib.

Habelə CM-lərin cərimə təcridxanalarına, tibb-sanitar hissələrinə və digər obyektlərinə baxışlar keçirilib, müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR