Sumqayıtda yerləşən “Hiper” marketdə süni qiymət artımının qarşısı alınıb

Sumqayıtda yerləşən “Hiper” marketdə süni qiymət artımının qarşısı alınıb
# 16 mart 2015 13:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda istehlakçıların qiymətdə aldadılmasının qarşısı növbəti dəfə alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi, 8A ünvanında Südabə Əsgərovaya məxsus “Hiper” marketdə aparılan yoxlama aparılıb.

Yoxlama zamanı təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq göstərilməsi ilə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub. Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR