Azərbaycanla Türkiyə Naxçıvan-Qars dəmir yolu xəttinin tikintisini müzakirə edib

Azərbaycanla Türkiyə Naxçıvan-Qars dəmir yolu xəttinin tikintisini müzakirə edib
# 16 oktyabr 2014 09:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Naxçıvan-Qars dəmir yolu xətti ilə bağlı hazırda Azərbaycanla Türkiyə arasında danışıqlar aparılır.

APA-Economics” xəbər verir ki, bu haqda Türkiyənin nəqliyyat, dəniz və kommunikasiya naziri Lütfi Əlvan jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, ötən gün bu məsələ ilə bağlı Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla görüşü zamanı müzakirələr aparıb.

“Danışıqlar yenə də davam edəcək. İki qardaş ölkə kimi bu layihənin də reallaşdırılmasını istəyirik”, - deyə L. Əlvan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR