Qəbələdə Beynəlxalq Gənclər Forumu keçirilir - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Qəbələdə Beynəlxalq Gənclər Forumu keçirilir - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2014 15:03 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Oktyabrın 2-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb. APA-nın yerli bürosunun xəbərinə görə, forum Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Gənclər və İdman, Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Avropa Şurasının (AŞ), AŞ-nin Demokratik Vətəndaşlıq və İştirak Direktorluğu Gənclər Departamentinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndə iştirak edir.

Forumda Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək rayon ərazisində keçirilən gənclərin beynəlxalq forumunu yüksək dəyərləndirib: “Bu tədbirin keçirilməsi Azərbaycanın dünyada imicinin daha da yüksəldiyini, eyni zamanda sabit ölkə olduğunu bir daha sübut edir”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu beynəlxalq tədbir Azərbaycanın münaqişələrlə bağlı mövqeyini nümayiş etdirir: “Təəssüf ki, hələ də dünyada nifrət amilləri var və bu hallar azalmaq bilmir. Hamımız bilirik ki, dünyanın bir çox nöqtələrində milli, dini, irqi zəmində münaqişələr mövcuddur. Heç kimə sirr deyil ki, iki insan və ya iki dövlət arasında münasibətlər danışıqlar yolu ilə qurulur. Yaşanan problemlər də qərəzli ünsiyyətdən yaranır. Bu baxımdan dözümlülük təbliğ olunmalı və bu sahədə maarifləndirici tədbirlər davam etdirilməlidir. Hər kəs öz ölkəsində nifrət nitqinin aradan qaldırılması üçün təbliğat aparmalıdır”.

Azərbaycan dövlətinin bu istiqamətdəki siyasətinə toxunan nazir müavini ölkə başçısının təşəbbüsü ilə bu mövzuda əhəmiyyətli tədbirlər həyata keçirildiyini də vurğulayıb.

Avropa Şurasının Gənclər Departamentinin sektor müdiri, “Nifrət nitqinə Yox hərəkatı” kampaniyasının rəhbəri Rui Qomeş çıxışında bildirib ki, Avropa Şurası bu proqramla gənclərin bərabər hüquqlarını təmin olunmasına fürsət yaradır: “Bu kampaniya insan hüquqlarının bərqərar olunmasında böyük rol oynayacaq”.

R. Qomeş Azərbaycanda qanunun aliliyinin təmin olunduğunun şahidi olduğunu da bildirib: “Biz buradakı çağırışı Avropa Şurasının Nazirlər Komitəsinin səsi kimi çatdıracağıq”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxışında vurğulayıb ki, hazırda Azərbaycanda 300-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərir. Bu qurumlar ölkə həyatının bu və ya digər istiqamətlərində layihələr həyata keçirərək, gənclərin ictimai tədbirlərdə fəal iştirakına zəmin yaradırlar. O, Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasını və inkişafını, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.

Avropa Şurasının gənclərlə İş üzrə Şurasının sədri xanım Aleksandra Knezeviç bildirib ki, hökumət və QHT-lərin bu istiqamətdə birgə fəaliyyəti təqdirəlayiqdir. O, kampaniyanın insan hüquqlarına xidmət etdiyini də qeyd edib. Buna görə də kampaniya AŞ tərəfindən dəstəklənir. Aleksandra Knezeviç kampaniyanın 2015-dən sonra da davam etdirilməsinin tərəfdarı olduğunu da söyləyib. O ümid etdiyini bildirib ki, bu hərəkat dünyaya öz töhfəsini verəcək.

AŞ Bakı ofisinin rəhbəri, səfir Draqana Filipoviç kampaniyanın keçirilməsinin əhəmiyyətindən danışaraq, Azərbaycan hökumətinə bu sahədə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O deyib ki, Avropanın müxtəlif yerlərindən gəncləri bir yerə toplamaq müsbət xarakterizə olunmalıdır. Səfir Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində Avropa Şurasının daim dəstək göstərdiyini də qeyd edib: “Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanın sədrliyi digər ölkələrin sədrliyindən kəmiyyət və keyfiyyət baxımından xeyli fərqlənir. Bu kampaniya gənclərin iştirakı ilə həyata keçirildiyindən daha əhəmiyyətlidir”.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə deyib ki, tədbirin məqsədi “Nifrət nitqinə yox hərəkatı” Forumu çərçivəsində milli və Avropa səviyyəsində fəal gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhfə verməkdir: ““Nifrət nitqinə yox hərəkatı” Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir”.

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ) “Nifrət nitqinə yox hərəkatı” kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. ARGTMŞ 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No hate speech movement”-“Nifrət nitqinə yox hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, “No hate speech movement”-“Nifrət nitqinə yox hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan əlavə, kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanıb və Avropa Şurasına təqdim edilib.

Çıxışlardan sonra forum öz işini panel iclaslarda davam etdirib. Tədbir oktyabrın 5-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR