Lavrov: Rusiya ABŞ ilə yalnız idmanda yarışacaq

Lavrov: Rusiya ABŞ ilə yalnız idmanda yarışacaq
# 28 sentyabr 2014 04:47 (UTC +04:00)

Bakı-APA. Rusiya ABŞ və Avropa ölkələri ilə idman sahəsi istisna olmaqla, hər-hansı bir yarışmada iştirak etmir. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov “Bloomberg”ə müsahibəsində bildirib.

“Biz heç bir yarışma istəmirik. Burada yalnız idmanı – Olimpiya Oyunlarını, futbolu istisna etmək olar”, deyə Lavrov jurnalistin “Rusiya və ABŞ arasında yarışma varmı?” sualına cavabında qeyd edib

O qeyd edib ki, Rusiyanın hər-hansı bir ölkə ilə yarışması Rusiyanı təhlükə kimi qəbul edən Avropa liderlərinin məntiqidir: “Onlar unudurlar ki, Rusiya həmişə Avropanın bir hissəsi olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR