Əfqanıstanda prezident seçkilərinin qalibi elan olunub

Əfqanıstanda prezident seçkilərinin qalibi elan olunub
# 22 sentyabr 2014 12:06 (UTC +04:00)

APA - nın İTAR – TASS - a istinadən verdiyi məlumata görə, mətbuata açıqlama verən Ə. Əhmədzay bildirib ki, yeni hökumətin tərkibinin formalaşması zamanı qadınlara xüsusi önəm veriləcək: “Qadınlar hökumətdə, təhsil və iqtisadiyyat sahələrində yaxşı təmsil olunmalıdırlar”.

Yeni hökumətdə bir sıra vəzifələrin qadınlara veriləcəyini deyən Ə. Əhmədzay qeyd edib ki, ölkənin əsas problemi yoxsulluq, savadsızlıq və təhlükəsizliyin zəif təmin olunmasıdır.

Qeyd edək ki, prezidentliyə namizədlər öz aralarında saziş imzalayıblar. Razılaşmaya görə, Ə. Əhmədzayın rəqibi, sabiq xarici işlər naziri Abdulla Abdulla baş nazir vəzifəsini tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR