Ukraynada “Pyotr Poroşenko Bloku” fraksiyasının lideri istefa verib

Ukraynada “Pyotr Poroşenko Bloku” fraksiyasının lideri istefa verib
# 03 iyul 2015 12:12 (UTC +04:00)

Bakı – APA. Ukraynada “Pyotr Poroşenko Bloku” parlament fraksiyasının lideri Yuri Lutsenko istefa verib.

APA-nın məlumatına görə, bu barədə “Facebook” səhifəsində Y. Lutsenkonun mətbuat katibi Larisa Sarqan yazıb.

Lakin L. Sarqan Y. Lutsenkonun istefasının səbəbini açıqlamayıb.

“Pyotr Poroşenko bloku” fraksiyası rəhbərinin birinci müavini İqoq Kononenko isə müvafiq qərarı emosional adlandırıb və onun gərgin iş qrafiki ilə əlaqəli olduğunu bildirib. O qeyd edib ki, fraksiyanın digər üzvləri Y. Lutsenkonun istefasını dəstəkləmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR