Bakı. Fuad Cəfərov - APA. Abşeron rayonunda daş karxanasında bədbəxt hadisə baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 23- də Məhəmməd Adamov işlədiyi Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən “Xəzri” MMC-yə məxsus daş karxanasında dəzgahın altında qalıb.
Xəstəxanaya yerləşdirilmiş M. Adamov orada dünyasını dəyişib.