İki federasiya arasında narazılıq davam edir

İki federasiya arasında narazılıq davam edir
# 13 oktyabr 2012 10:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Alpinzim Federasiyasının (AAF) vitse-prezidenti Səridan Mursaqulov bildirib.

S. Mursaqulovun sözlərinə görə, yarış oktyabrın 5-dən 7-dək Siyəzən rayonunda Beşbarmaq dağında təşkil olunub. Həmin ərəfədə AAF-a paralel olaraq Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) da A. Rüstəmovun xatirəsinə həsr olunmuş yarış keçirib: «Bu onların öz işidir, onlar da istənilən yarışı keçirə bilərlər. Amma bir şeyi qeyd edim ki, hər bir insanın xatirəsinə yarışlar, kuboklar keçirilir. Bunlar onun ailəsinin icazəsi ilə baş tutur, mən mətbuatda oxudum ki, FAİREX-in bu tədbiri Akif Rüstəmovun ailəsindən heç bir icazə alınmadan keçirilib».

AAF nümayəndəsi bildirib ki, tədbir barədə məlumat sentyabr ayından federasiyanın saytında yerləşdirilib. Heç bir komanda və federasiyanın yarışda iştirakına məhdudiyyət qoyulmayıb: «Tədbirə hamı, o cümlədən FAİREX dəvət olunub. Bizim tədbirə iki üç gün qalmış xəbər tutduq ki, onlar da bizimlə paralel Akif Rüstəmovun xatirəsinə həsr olunmuş tədbir keçirirlər ».

FAİREX-in nümayəndəsi Hüseyn Rüstəmov isə S. Mursaqulova cavab olaraq bildirib ki, təmsil etdiyi federasiya A. Rüstəmovun xatirəsinə həsr olunmuş tədbiri bir neçə ildir keçirir: «Sizin təşkil etdiyiniz yarış qayaya dırmanma, bizdə isə süni relyefdə idman qayaya dırmanmasıdır. Biz A. Rüstəmov adına tədbiri 2010-cu ildən keçiririk. Ailəsindən icazə alınması ilə bağlı məsələyə gəlincə, burada onun ailəsinə məlumatın verilməsi və verilməməsi ilə bağlı bəzi problemlər ola bilər. Gələcəkdə biz AAF-la birgə tədbirlər keçirməyə hazırıq».

Qeyd edək ki, AAF bu gün alpinist Akif Rüstəmovun xatirəsinə həsr olunmuş yarışın qaliblərini mükafatlandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR