Nazir müavini: «Azərbaycan Cənubi Koreyanın İKT sahəsindəki təcrübəsindən istifadə edəcək»

Nazir müavini: «Azərbaycan Cənubi Koreyanın İKT sahəsindəki təcrübəsindən istifadə edəcək»
# 17 avqust 2012 09:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan ölkədə İKT sahəsinin inkişaf etdirilməsi üçün Cənubi Koreyanın təcrübəsindən istifadə edəcək. «APA-Economics»in məlumatına görə, bu barədə Bakı Dövlət Universitetində (BDU) Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidən qurulmasından sonra açılış mərasimində iştirak edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər barədə danışan E.Vəlizadə onu da qeyd edib ki, Azərbaycanın əsas məqsədi bu sahə üzrə dünyada qabaqcıl ölkələr sırasında olmaqdır: «Azərbaycanda təhsil, elm və İKT sahələrinə ciddi diqqət yetirilir, lazımi dəstək verilir və bu sahələrin inkişafı üçün ən qabaqcıl texnologiyalardan istifadə olunur. Koreyanın bu sahələrdə ciddi nailiyyətləri mövcuddur və Azərbaycan Koreyanın təcrübəsinə daim diqqət yetirir və bu təcrübədən istifadə etmək niyyətindədir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR