Orxan Kərimovun məhkəmə prosesi davam etdirilib

Orxan Kərimovun məhkəmə prosesi davam etdirilib
# 23 oktyabr 2012 13:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Orxan Kərimovun vəkili Müzəffər Baxışovun APA-ya verdiyi məlumata görə, prosesdə şahid Arifə Hacıyeva ifadə verib. A. Hacıyeva bildirib ki, təqsirləndirilən Rafiq Hüseynovu Xatirə Əhmədovanın vasitəsi ilə tanıyıb: “O, özünü Orxan kimi təqdim edirdi. Son zamanlarda isə onun adının Rafiq olduğunu öyrəndim”. Daha sonra prosesdə təqsirləndirilən İbrahim İsgəndərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatət verilib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Proses oktyabrın 30-da davam etdiriləcək.

Xatırladaq ki, O.Kərimov ötən il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, ürək xəstəliyindən əziyyət çəkən O.Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR