İraq Suriyaya gedən İran təyyarəsini məcbur endirib

İraq Suriyaya gedən İran təyyarəsini məcbur endirib
# 29 oktyabr 2012 14:24 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. İraq Suriyaya gedən İrana məxsus yük təyyarəsini Bağdad hava limanına enməyə məcbur edərək orada axtarış aparıb.

APA-nın məlumatına görə, buna səbəb İrana məxsus təyyarənin Suriyaya silah daşımaqda şübhəli bilinməsi olub. Lakin təyyarədə qida və tibbi ləvazimatlar olduğundan, uçuşa icazə verilib.

Xatırladaq ki, son bir ay ərzində İraq rəhbərliyi ikinci dəfə Suriyaya gedən İran təyyarəsini enməyə məcbur edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR